Müğənni Manaf Ağayev həmkarı Tacir Şahmalıoğluna irad bildirib.
O, Tacirin özünü “sənət şahı” adlandırmasını tənqid edib:
"Mən Tacirin haqqında həmişə yaxşı fikirdə olmuşam.Yaxşı sənətkardı bunu danmaq olmaz. Mən onu çox istəyirəm Qarabağlımdır, ətini yesəm də, sümüyünü atmaram. Özünə minus gətirən bir şeydi. Mən yekəm. Məndən yoxdu. Biz də bunu deyirik. Onda Məmmədbağır, Niyaməddin, Vidadi kimdir? Hamısını qoyub, deyirəm, elə Məmmədbağır Bağırzadə kimi sənətkar gəlməyib. Bir dəfə demədi ki, məndən yoxdur.