ain.az, Konkret.az portalına istinadən məlumat verir.
Aİ səlahiyyətliləri Rusiyaya qarşı sanksiyalar siyahısına beş fiziki şəxs və dörd qurum əlavə edib.
KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu, Rusiya neftinin tədarükü ilə bağlıdır.
“Bu şəxslər birbaşa və ya dolayısı ilə böyük dövlət şirkətləri Rosneft və Lukoil ilə əlaqəli iş adamlarıdır”, – Aİ Şurasının press-relizində deyilir.
Sənəddə deyilir: “Bu gün məhdudiyyətlərin hədəfində olan qurumlar BƏƏ, Vyetnam və Rusiyada yerləşən gəmiçilik şirkətləridir”.
Konkret olaraq, qara siyahıya salınan qurumlar arasında Azərbaycan vətəndaşları və Pakistan əsilli Kanadalı iş adamı da var.
Bundan başqa, BƏƏ-nin “Nova Shipmanagement LLC-FZ” və “Citrine Marine SPC” şirkətlərinə, Vyetnamın “Hung Phat Maritime Trading” şirkəti və Rusiyanın “Severtransbunker” MMC şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.