Azərbaycan Mərkəzi Bankının gələn il üçün inflyasiya proqnozu 5.3 faizdir. Bu, onu göstərir ki, qiymət artımı olacaq.
Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

Onun sözlərinə görə, builki ortalama qiymət artımı 5,7% təşkil edib: “Bu il daha çox ərzaq qiymətləri artdı, nəinki qeyri-ərzaq qiymətləri. Amma hökumət gözləyir ki, gələn il də bu ildən bir qədər az və ya hazırda olan göstərici kimi inflyasiya müşahidə olunacaq”.
X.Kərimli onu da əlavə edib ki, benzin qiymətlərinin artırılacağını düşünmür: “Çünki qida, geyimlərin qiyməti bazardan formalaşır. Amma inanmıram ki, benzin qiymətlərində yanvar ayında artım olsun. Böyük ehtimal suyun qiyməti artırıla bilər. Çünki son il yarımda işıq, qaz, benzinin qiyməti artırılıb, amma bu, suya aid edilməyib”.
Şəhanə Quliyeva