AZ

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

 
Yenilik.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
 
"Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi barədə qərar qəbul edilmişdir.
 
Azərbaycanın 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı kimi mötəbər bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkilinə müsbət təsir göstərəcəkdir", - Sərəncamda qeyd olunub.
 
Sərəncama əsasən, 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibi aşağıdakı kimidir:
 
Təşkilat Komitəsinin sədri
 
Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini
 
 
Təşkilat Komitəsi sədrinin müavini
 
Azərbaycan Respublikasının gənclər və idman naziri
 
 
Təşkilat Komitəsinin üzvləri:
 
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
 
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
 
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
 
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
 
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
 
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
 
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
 
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
 
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
 
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
 
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
 
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri
 
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
 
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
 
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
 
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı
 
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.
 
Sərəncama görə, 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.
 
Təşkilat Komitəsi 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Seçilən
44
38
yenilik.az

10Mənbələr