AZ

“Qalatasaray”da gözlənilməz ayrılıq

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qalatasaray” heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşdığı bir vaxtda klubda ayrılıq rüzgarları əsməyə başlayıb.

Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, sari-qırmızılıların ulduz futbolçusu Vilfred Sinqo yol üstündədir. Onun gələn ay klubdan ayrılacağı iddia olunur. Buna səbəb müdafiəçinin İstanbula uyğunlaşa bilməməsi göstərilir.

Qeyd edək ki, Vilfred Sinqo İstanbul klubuna keçməzdən əvvəl “Monako”nun formasını geyinib. O, 2023-cü ildə "Torino"dan Fransa klubuna 10 milyon avroya transfer edilib.

“Qalatasaray” Sinqo üçün 30 milyon avro ödəyib.

24 yaşlı Vilfrid Sinqo bu mövsüm 10 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçinin bazar dəyəri 28 milyon avro olaraq qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
50
metbuat.az

10Mənbələr