AZ

Yeni Baş nazir: Ukraynada sülhün bərqərar edilməsinə çağırıram

Çexiyanın Baş naziri Andrey Babiş Ukraynada tezliklə sülhün əldə edilməsinə  çağırıb. 

Bakıvaxtı.az xəbər verir ki, o bu açıqlamanı bazar ertəsi günü respublikanın Baş naziri təyin olunduqdan sonra hökumətinin ilk mətbuat konfransında verib.

Babiş bildirib: "Milad yaxınlaşır və nəhayət atəşkəs razılaşması əldə olunsaydı, əla olardı" . 

O qeyd edib ki, Avropa və münaqişədə iştirak edən bütün tərəflər yalnız müharibədən deyil, sülhdən danışmağa başlamalıdırlar.

Baş nazir Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı sualı da cavablandırıb: "Bəli, əlbəttə ki, Ukraynanın humanitar yardıma ehtiyacı var".
 

Seçilən
61
1
bakivaxti.az

2Mənbələr