Bazarda telefon sayının azalmasının əsas səbəbi telefon qiymətlərinin yüksək olmasıdır. İnsanların alıcılıq qabiliyyəti azaldıqca, xaricdən telefon gətirmək də çətinləşir. Hazırda həm gömrük rüsumları artıb, həm də müəyyən qadağalar tətbiq olunur ki, bu da smartfonların ölkəyə gətirilməsi və satışına birbaşa təsir göstərir”.
KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, nəticədə alıcılıq qabiliyyətinin zəifləməsi həm idxalın, həm də satışların azalmasına səbəb olur:
“Buna paralel olaraq, ikinci əl telefon bazarında canlanma müşahidə olunur. İnsanlar daha ucuz alternativlərə yönəldikcə, əvvəlki illərdə ölkəyə daxil olmuş cihazların bazarı aktivləşir və alıcılar yeni telefon yerinə əlverişli qiymətə ikinci əl cihazları seçirlər”.
Əfsanə Kamal