AZ

Ukrayna ABŞ ın Donbasla bağlı təklifini RƏDD ETDİ KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna ABŞ-ın Donbas ərazisində demilitarizasiya olunmuş “azad iqtisadi zona” yaradılması təşəbbüsünü dəstəkləməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Politico nəşri adının açıqlanmasını istəməyən fransız rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu təklif münaqişənin nizamlanması ilə bağlı mümkün parametrlərin müzakirə edildiyi qeyri-rəsmi məsləhətləşmələr çərçivəsində nəzərdən keçirilib. Lakin Kiyev həmin ideyanı milli maraqlara uyğun hesab etməyərək qəbuledilməz sayıb.

Materialda həmçinin vurğulanır ki, Avropa İttifaqı üçün həlledici dövr başlayır. Brüssel yaxın günlərdə iki əsas məqsədə fokuslanmağı planlaşdırır: Ukraynaya təhqiredici və məcburi sülh razılaşmasının qəbul etdirilməsinə imkan verməmək və eyni zamanda Kiyevin iqtisadi sabitliyini qorumaq üçün nəzərdə tutulan milyardlarla avroluq maliyyə yardımını qüvvədə saxlamaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
1
konkret.az

2Mənbələr