Fanat saytına istinadən ain.az xəbər verir.
"Barselona"nın cinah hücumçusu Rafinyanın iş yerini dəyişəcəyi ilə bağlı müxtəlif məlumatlar yayılsa da, "Sport.es" braziliyalı vingerin "blauqrana"dan ayrılmaq niyyətində olmadığını bildirib.
Fanat.Az xəbər verir ki, mənbə sözügedən futbolçunun Kataloniya komandası ilə UEFA Çempionlar Liqasının qalibi olmağı hədəflədiyini və bu istəyinə çatmamış heç yerə getməyəcəyini açıqlayıb.
Rafinya 2022-ci ilin yayından İspaniya nəhənginin uğurları üçün çalışır. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 13 matça çıxan ön xətt oyunçusu 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.