Ermənistan dəmir yolu vasitəsilə Azərbaycan və Gürcüstan üzərindən yeni taxıl tədarüklərinin daxil olmasını gözləyir.
KONKRET.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, tədarüklər yaxın vaxtlarda baş tutacaq, lakin yüklərin İrəvana çatacağı dəqiq tarix və tədarükçü ölkənin adı hələ açıqlanmayıb.
“Taxıl daxil olan kimi tonla miqdarını da açıqlayacağam,” – deyə nazir vurğulayıb.
Nazir həmçinin Azərbaycandan neft məhsullarının tədarükü məsələsinə də toxunub, lakin bu barədə də ətraflı məlumat verməyib. Onun sözlərinə görə, dəqiq informasiya yalnız müvafiq vaqonlar ölkəyə çatdıqdan sonra paylaşılacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az