AZ

Ərzaq bazarlarında monitorinqlər davam edir FOTO/VİDEO

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AQTA ərzaq bazarlarında nəzarət tədbirlərini davam etdirir. Növbəti monitorinqlər Saatlı, Lənkəran və Şəki rayonlarında yerləşən ərzaq bazarlarında aparılıb.

Agentlikdən "Unikal"a verilən məlumata görə, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Yüksəkriskli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının etiket məlumatları və baytarlıq sənədi olmadan satışa çıxarıldığı müəyyən edilib. Bəzi piştaxtalarda qidaların üstüaçıq şəkildə, toz və digər çirklənmə risklərinə məruz qalaraq satıldığı müşahidə edilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib.

Bazarlarda antisanitar şəraitdə satışa çıxarılan ət, süd, balıq və digər yüksəkriskli məhsulların istehlakı insan həyat və sağlamlığı üçün təhlükə yaradır. Mənşəyi şübhə doğuran bu məhsulların istehlakı tövsiyə edilmir. Bazar rəhbərləri fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, sağlamlaşdırma tədbirləri icra etməlidirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
3
unikal.az

10Mənbələr