AZ

Rəşad Dağlının oğlu Rafael Ağayevin müdafiəsinə qalxdı - VİDEO

Rəşad Dağlının oğlu Rafael Ağayevin müdafiəsinə qalxdı - VİDEO

Son zamanlar “Qara Brilyant” ləqəbi ilə tanınan karate ustası, beşqat dünya, 11 qat Avropa çempionu və Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevə qarşı xoşagəlməz kampaniya aparılır.

Buna səbəb məşhur idmançının Azərbaycan Karate Federasiyası (AKF) ilə aralarında yaranmış narazılıq barədə danışmasıdır. Avropa çempionu açıqlamasında çətin anlarda Federasiya tərəfindən lazımi dəstəyin verilməməsindən şikayətlənib.

Rafael Ağayevin sözlərinə görə, zədə ilə bağlı maliyyə dəstəyi istədikdə ona qarşı laqeyd münasibət sərgilənib. Halbuki, o, tələblərinin şəxsi rifah üçün deyil, karyerasını davam etdirmək üçün zəruri tibbi ehtiyaclarla bağlı olduğunu vurğulayıb.

Məhz həmin açıqlamalarda səslənən həqiqətlərin ifşası bəzi çevrələrin xoşuna gəlmədiyindən Rafael Ağayev sıxışdırılmağa başlanılıb və o, məcburiyyət qarşısında Karate Federasiyasındakı vəzifəsindən istefa verib.

Xatırladaq ki, Rafael Ağayev Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsində çalışırdı.

Uşaq yaşlarından idmana böyük maraq göstərən Rafael Ağayev karateyə atasının təşəbbüsü ilə başlayıb. O, erkən yaşlarından döyüş sənətləri sahəsində nadir istedad nümayiş etdirərək yüksək səviyyəli çıxışları ilə seçilib.

Onun ilk müəllimi tanınmış karate ustası və məşqçi Rafael Məmmədov olub. Texniki bacarıqları və döyüş üslubu Rafael Ağayevi qısa müddətdə həm Azərbaycanda, həm də beynəlxalq arenada tanıdıb.

Rafael Ağayev karate dünyasında “Karatenin Messi”si adlandırılır. O, sürəti, dözümlülüyü və yüksək texniki bacarıqları ilə fərqlənir.

Beşqat dünya çempionu, on birqat Avropa çempionu olan idmançı bir çox beynəlxalq turnirlərin qalibidir. Bu ləqəb ona beynəlxalq arenalarda göstərdiyi üstün performans və məğlubedilməz xarakterinə görə verilib.

Rafael Ağayev Azərbaycan karate idmanının simvolu hesab olunur. Onun uğurları sayəsində ölkədə karateyə maraq artıb və o, gənc idmançılar üçün böyük motivasiya mənbəyidir.

Azərbaycan idman tarixində öz imzasını atan Rafael Ağayevin mübarizə ruhu və döyüş tərzi təkcə ölkəmizdə deyil, bütün dünyada karatesevərlərin hörmətini qazanıb.

Karate ustasına qarşı başladılan çirkin kampaniyaya qarşı çıxanlardan biri də təmənnasız olaraq idman dərslərində iştirak edən Yusif Əmirovdur.

Yusif meyxanaçı Rəşad Dağlının oğludur. O, həmçinin son günlər “Qarabağ” futbol klubunun oyunçusu Nəriman Axundzadəni linç edənlərə qarşı da mövqe sərgiləyib.

Seçilən
49
2
afn.az

3Mənbələr