Salyanda zəncirvari qəza baş verib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə gecə saatlarında Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Opel” və “Mercedes” markalı avtomobillər qarşıda gedən “TIR” ağırtonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində Astara rayon sakinləri - 1988-ci il təvəllüdlü Məhərrəmov Vahid Xandadaş oğlu, 1982-ci il təvəllüdlü Kamilova Vüsalə Kamil qızı, 1983-cü il təvəllüdlü Qafarov Mərahim Ələddin oğlu və 1978-ci il təvəllüdlü Sultanov Məmmədağa Sədyət oğlu müxtəlif dərəcəli xəsarət alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"