Prezident İlham Əliyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
“Poliqon” xəbər verir ki, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor Adil Ələsgər oğlu Abdullayevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Fərhad Nəriman oğlu Səmədova
polkovnik Seymur Taleh oğlu Qaraşova
“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimova.