“Hacı Turqay” ət və ət məhsulları müəssisəsi halal brendi adı altında “Yevreyskaya” kolbasaları hazırlayırmış...
Bizimesr.az bildirir ki, bunu politoloq Turab Rzayev üzə çıxarıb. Şərhçi sosial media səhifəsində “Hacı Turqay” müəssisəsinin “yevreskaya halal kolbasası”nı paylaşıb.
Halal ət və ət məhsulları istehsalçısı olan “Hacı Turqay”ın “Kübar Yevreyskaya” kolbasası əsl paradoks imiş. Kolbasanın adı “Yevreyskaya”, təlimatının isə halal olması bir-birinə heç uyğun gəlmir.
Siyasi şərhçi də bunu maraqlı formada izah edib: “Hacı Turqay”ın bu məhsulunun “Ölkənin fabrik ayarları pozulub. Söndürüb, yandırmaq lazımdır. “Hacı Turqay” “Kübar Yevreyskaya” buraxır. Deyir, Turan da qurulacaq, Yanında İsrail də olacaq”.
Qeyd edək ki, sözügedən kolbasa halal mal ətindən hazırlanır. Adının “Yevreyskaya” olması isə maraq və təəccüb doğurub.
Qarşı tərəfi dinləməyə hazırıq.
Poliqon.info