AZ

İsveçrə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfə artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində İsveçrədən Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 283,982 milyon ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 236,331milyon dollar və ya 6 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində İsveçrədən olan investisiyaların payı 6% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində İsveçrəiqtisadiyyatına 28,822 milyon dollar sərmayə qoyub ki, bu, ötənilin eyni dövrü ilə müqayisədə 18,921 milyon dollar və ya 39,6%azdır.

Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrəyəyatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 1,4% təşkiledib.

2024-cü ilin ilk 9 ayı ərzində İsveçrədən Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 47,651 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 47,743 milyon dollartəşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.

Məqalədə:
Seçilən
26
13
az.trend.az

10Mənbələr