AZ

Ter Ştegen Türkiyə yolunda - İstanbul nəhəngi "Barselona"ya rəsmi təklif göndərdi

Almaniyalı qapıçı Mark-Andre ter Ştegen qış "transfer pəncərəsi"ndə "Barselona"dan ayrıla bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Ekrem Konur sosial media hesabı üzərindən məlumat yayıb. 

Mənbənin məlumatına görə, "Beşiktaş" klubu qapıçı ilə müqavilə imzalamaqda maraqlıdır. Türkiyə təmsilçisi 33 yaşlı qolkiper üçün Kataloniya klubuna icarə təklifi edib. 

Mark-Andre 2014-cü ilin yayından bəri "Barselona"da oynayır. Qapıçının Kataloniya nəhəngi ilə müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonunda bitir. Alman oyunçunun transfer dəyəri 7 milyon avro qiymətləndirilir.

Seçilən
114
2
fanat.az

3Mənbələr