AZ

Cəbrayılın kəndində klub-icma mərkəzinin tikintisinə 2,1 milyon manat ayrıldı

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Cəbrayıl rayonunun Şükürbəyli kənd yaşayış məntəqəsində klub-icma mərkəzinin inşası üzrə satınalma müsabiqəsi elan olunub.

BAKU.WS xəbər verir ki, tikintinin ehtimal olunan dəyəri 2 milyon 108 min 811 manat təşkil edir.

Layihə 1042 ailəlik kəndi əhatə edəcək, birinci mərhələdə isə 635 ailə üçün xidmət göstəriləcək.

Tenderə 16.01.2026-cı il tarixində yekun vurulacaq.

Seçilən
51
2
far.az

3Mənbələr