AZ

“Ukraynada sülhün müddəti barədə danışmaq düz olmaz” –Kremldən açıqlama

Kreml Ukrayna məsələsində sülh yolu ilə həllin mümkün müddətini öz üzərinə götürmək fikrində deyil.

AzPost bildirir ki, bu barədə Kremldən məlumat verilib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarına cavab olaraq bildirib ki, 24 dekabr tarixi ilə bağlı deyilənlər də bura aiddir.

“Heç bir müddət haqqında danışmayacağam. Bu, doğru olmazdı. Burada yalnız Rusiya tərəfi adından danışa bilərəm: Prezident Putin ciddi sülhə, ciddi qərarlara açıqdır, lakin vaxtı uzatmaq və süni fasilələr yaratmaq məqsədi daşıyan heç bir hiyləyə qətiyyən açıq deyil”, – deyə Peskov vurğulayıb.

Kreml dəfələrlə bildirib ki, Moskva danışıqlara hazırdır. Lakin onlar real şərtləri nəzərə almalı və dialoqdan taktiki məqsədlər üçün istifadə etmək cəhdlərini istisna etməlidirlər.

AzPost.az

Seçilən
77
1
azpost.info

2Mənbələr