Almaniyanın “KNDS Deutschland” şirkəti tərəfindən istehsal edilən “Leopard” 2A7HU tanklarının son partiyası Macarıstan Müdafiə Qüvvələrinə təhvil verilib.
“Poliqon” Macarıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tankların son partiyası Macarıstan Müdafiə Qüvvələrinin Tatada yerləşən 1-ci Zirehli Briqadasına gətirilib.
Beləliklə, sifariş edilmiş 44 ədəd “Leopard 2A7HU” tankının Macarıstan Müdafiə Qüvvələrinə tədarükü tamamlanıb.
Bu münasibətlə keçirilmiş mərasimdə çıxış edən Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski bildirib ki, “Leopard 2A7HU” dünyanın ən müasir tanklarından biridir və o, “Wisent 2HU” zirehli mühəndis-istehkam maşını və “Leguan 2HU” səyyar üzən körpü sistemi ilə tamamlanır.
Nazirin sözlərinə görə, 2015-ci ildə ölkənin iqtisadi göstəriciləri Macarıstan Müdafiə Qüvvələrinin tank qoşunları qabiliyyətinin yenidən qurulmasına imkan verən müqavilələrin bağlanmasını mümkün edib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */

