Bakı. Trend:
Azərbaycan ilə Bəhreyn arasında diplomatik pasport sahibləriüçün viza rejimi ləğv edilib.
Trend xəbər verir ki,Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti iləBəhreyn Krallığı Hökuməti arasında diplomatik pasport sahiblərininviza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsibarədə Qanun imzalayıb.
Qanuna əsasən, 2025-ci il sentyabrın 25-də Nyu-York şəhərindəimzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn KrallığıHökuməti arasında diplomatik pasport sahiblərinin vizatələblərindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.