AZ

Biləcəridə evinin bünövrəsi çökən sakin: "Torpaq ovulub gedir"

"Yaxşı ki, bizi oyadıb çölə çıxartdılar. Gecə orada yatsaydıq, ölüb gedəcəkdik. Nəinki evdə yatmaq, həyətdə oturmaq belə olmazmış. Torpaqlar ovulub gedir".

 

Bunu Bakı şəhərinin Biləcəri qəsəbəsində fərdi yaşayış evlərinin bir çoxunun bünövrəsinin çökməsi ilə bağlı Baku TV-yə danışan zərərçəkənlərdən biri deyib.

 

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin evlər uzun illər əvvəl tikilib.

 

Qeyd edək ki, hazırda Tomris küçəsində çökmüş kollektor sisteminin yenisi ilə əvəz edilməsi istiqamətində işlər davam etdirilir.

 

Daha ətraflı videomaterialda:

 

Tarix: 15 Dekabr 2025, 14:11   
Seçilən
126
pravda.az

1Mənbələr