Tənqidləri qəbul edirik. Düşünürəm ki, belə tənqidlər bizim xeyrimizədir. Bilirik ki, daha böyük komandalarla oynayacağıq. Amma layiqli mübarizə aparmağa çalışacağıq. Biz yıxılarıq, durarıq, amma sınmarıq.
Azreform.info xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib.
"Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var. Azərbaycana tanınmış klubların gəlməsi çox gözəl haldır. Bu gün 60-70 dəqiqə tab gətirə biliriksə, deməli, sabah daha da irəli gedə bilərik. Təəssüf ki, Azərbaycan çempionatında bu tempi görmürük. Neqativ düşünə də bilmərəm. Məğlub olsaq da, həvəsdən düşmürük və daha yaxşısını etməyə çalışırıq".
Qeyd edək ki, Komanda.az-ın keçirdiyi sorğuda Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi seçilib. Bununla o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.