
İstanbul indiyədək Rusiya və Ukraynanın nizamlanmanı müzakirə edə bildiyi yeganə platforma olub və Ankara bu danışıqlar prosesini yenidən canlandırmağa hazırdır.
AFN.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir Ankarada keçirilən səfirlər konfransında deyib ki, Rusiya–Ukrayna müharibəsi region üçün ən ağır sınaqlardan biridir və Türkiyə müharibənin ilk günündən diplomatik yolla dayandırılması istiqamətində fəal səylər göstərib. Onun sözlərinə görə, tərəflərin texniki səviyyədə görüşüb sülhün parametrlərini müzakirə etdiyi yeganə məkan məhz İstanbul olub.
Hakan Fidan əlavə edib ki, danışıqların Türkiyədə aparılması türk diplomatiyasına göstərilən etimadın göstəricisidir və Ankara müharibənin diplomatik yolla dayandırılması üçün istənilən təşəbbüsü dəstəkləməyə və danışıqlar meydanını bərpa etməyə hazırdır.