Ukraynanın ərazi güzəştləri ilə bağlı müzakirələr yalnız Moskva, Kiyev və Vaşinqton arasında aparılmalıdır.
"Unikal" xəbər verir ki, Polşa prezidenti Karol Navrotski bunu "Wirtualna Polska"ya verdiyi müsahibədə bildirib.
"Ərazi məsələləri yalnız ABŞ, Ukrayna və Rusiya arasında müzakirə olunmalıdır", - deyə o, Avropanı bu danışıqlardan kənarlaşdırıb.
Navrotski həmçinin Varşavanın Ukrayna danışıqlarında iştirak etməməsini də izah edib. O, bunu Polşanın Baş naziri Donald Tuskun Qərb tərəfdaşları arasında zəifləmiş mövqeyi ilə əlaqələndirib.
Eyni zamanda, Navrotski bildirib ki, özü də Ukraynadakı münaqişəni həll etmək üçün Rusiya, ABŞ liderləri və Kiyev nümayəndələri ilə eyni danışıqlar masasında oturmağı arzulayır.
Gülayə Mecid