AZ

"Mən qadın kimi yarımçıq qadınam" - Əməkdar artistdən etiraf

Əməkdar artist Gövhər Rzayeva şəxsi həyatına dair açıqlama verib.

News365.az xəbər verir ki, o 7 ay nişanlı qaldıqdan sonra həyat yoldaşı ilə evlənib, lakin həyatın gedişi onun üçün çox çətin olduğunu bildirib.

Rzayeva deyib ki, keçmiş həyat yoldaşı işə getməyib, ona qarşı pis xasiyyət göstərib, həm fiziki, həm də mənəvi zorakılıq edib və xəyanət edib. Bu vəziyyətdə 28 il yaşadığını deyən artist bildirib ki, yalnız anasının dəstəyi sayəsində ailədə qalıb:

“28 il yaşadım, anama görə dözdüm. Onun sayəsində kişi oldu. Amma sonunda gördüm ki, vəziyyət dəyişmir və boşandım. Öz gücümlə işlədim, uşaqlarıma baxdım. Özümü yarımçıq qadın kimi hiss edirəm,” – deyə Gövhər Rzayeva bildirib.

Artistin açıqlaması sosial mediada geniş müzakirələrə səbəb olub

Seçilən
30
news365.az

1Mənbələr