Ukrayna münaqişəsinin həlli üçün Berlində keçirilən danışıqlar zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin müəyyən şərtlər daxilində 100 gün ərzində prezident seçkiləri keçirməyə və NATO üzvlüyündən çıxmağa hazır olduğu bildirilir.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Hadisələrin səbəbi açıqlanmayıb. Mənbə həmçinin bildirib ki, Ukrayna hakimiyyəti mövcud təmas xəttini "dondurmağa" hazırdır, lakin qoşunlarını bütün Donbasdan çıxarmaqdan imtina edir.
Gülayə Mecid