AZ

2025 ci il Azərbaycanın xarici siyasəti baxımından fəallıqla yadda qaldı

ain.az, Newscenter.az portalına istinadən məlumat yayır.

“2025-ci il Azərbaycan Respublikasının xarici siyasəti baxımından fəallıq, praqmatizm və strateji balansın qorunması ilə yadda qalan bir il kimi xarakterizə oluna bilər. Ölkə bu dövrdə həm regional, həm də beynəlxalq müstəvidə milli maraqlara əsaslanan, müstəqil və çoxvektorlu xarici siyasət kursunu ardıcıl şəkildə davam etdirmişdir”.Bunları Newscenter.az-a AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov deyib. O bildirib ki, ilin əsas diplomatik istiqamətlərindən biri Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması və dayanıqlı sülhün təmin olunması prosesi olmuşdur:“2025-ci il ərzində aparılan birbaşa danışıqlar və beynəlxalq platformalarda keçirilən görüşlər sülh gündəliyinin irəliləməsinə töhfə vermişdir. Bu proses Azərbaycanın postmünaqişə dövründə regional sabitliyin əsas təşəbbüskarı kimi çıxış etdiyini bir daha nümayiş etdirmiş, ölkənin konstruktiv və məsuliyyətli aktor imicini gücləndirmişdir. Eyni zamanda, uzun illər aktual olmuş bəzi köhnəlmiş beynəlxalq vasitəçilik mexanizmlərinin gündəmdən çıxarılması istiqamətində mövqenin irəli sürülməsi Azərbaycanın yeni regional reallıqlara əsaslanan diplomatik yanaşmasını əks etdirmişdir”.Rəşad Bayramov qeyd edib ki, beynəlxalq müstəvidə Azərbaycan Qərb və Şərq ölkələri ilə balanslı münasibətlər siyasətini qorumuş, ABŞ, Avropa İttifaqı, Türkiyə, İslam dünyası və Asiya ölkələri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirmişdir. Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
newscenter.az

2Mənbələr