AZ

Dövlət qayğısının parlaq təzahürü: Yevlax regionun inkişaf lokomotivinə çevrilir

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin bütün regionlarında həyata keçirdiyi davamlı və məqsədyönlü inkişaf strategiyası nəticəsində Yevlax rayonu da dinamik tərəqqinin parlaq nümunəsinə çevrilmişdir. Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət və qayğı Yevlaxda həyatın hərtərəfli inkişafında açıq şəkildə özünü göstərir.Son illərdə Yevlaxda sosial-iqtisadi sahələrin müasirləşdirilməsi, genişmiqyaslı infrastrukturlu layihələrin reallaşdırılması və yeni investisiya imkanlarının yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Dövlətimizin başçısının regionlara olan diqqəti sayəsində rayonda kənd təsərrüfatından tutmuş idmana, şəhər infrastrukturundan ictimai xidmətlərə qədər bir çox sahədə uğurlu nailiyyətlər əldə edilmişdir.Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Yevlaxda bir sıra strateji layihələr icra edilmişdir:- Yevlax Pilot Aqroparkı – 2 807 hektardan çox ərazini əhatə edən bu aqroparkda müasir texnologiyalar tətbiq olunmaqla meyvəçilik, kənd təsərrüfatı istehsalı və əmək bazarının inkişafı təmin edilir, habelə burada minlərlə yeni iş yerinin yaradılması nəzərdə tutulur.- Müasir içməli su və kanalizasiya sistemləri – şəhərin içməli su təchizatı və kanalizasiya xidmətləri yenidən qurularaq, 70 000-dən çox sakinin həyat keyfiyyəti daha da yaxşılaşdırılmışdır.- Yevlax Olimpiya İdman Kompleksi – çoxfunksiyalı idman mərkəzi regionun gənclərinə və idmançılarına müasir şərait yaradacaq, müxtəlif idman növləri üzrə məşq və yarışlara imkan verəcəkdir.Rayonun sosial infrastrukturu da əhəmiyyətli dərəcədə inkişaf edib, yeni yollar, parklar, ictimai obyektlər inşa olunmuş, şəhər estetik görünüşünü daha da yüksəldən abadlıq-quruculuq işləri uğurla həyata keçirilmişdir. Bu layihələrin hər biri Prezident İlham Əliyevin humanist sosial siyasətinin real təzahürü olaraq Yevlaxın rifahını artırır və sakinlərin həyat səviyyəsini yüksəldir.Yevlax Şəhər İcra Hakimiyyəti də bu prosesdə Prezidentin tapşırıq və tövsiyələrini layiqincə icra edərək, rayonda inkişafın başlıca hərəkətverici qüvvəsinə çevrilmişdir. İcra Hakimiyyətinin operativ fəaliyyəti, dövlət proqramlarına uyğun işlərin planlaşdırılması və icrası Yevlaxın sürətli tərəqqisinə mühüm töhfələr verir.Bu uğurlar sübut edir ki, Prezident İlham Əliyevin regionların inkişafına yönəlmiş siyasəti Azərbaycanı daha firavan və güclü gələcəyə aparır. Rayonda həyata keçirilən layihələr və genişmiqyaslı işlər gələcək nəsillər üçün böyük perspektivlər yaradaraq, Yevlaxı ölkənin dinamik inkişaf edən regionlarından birinə çevirmişdir.Anar Salehoğlu,İctimai-siyasi fəalNewscenter.az üçün

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
1
newscenter.az

2Mənbələr