Bəşər Əsəd Rusiyada yaşamağa qərar verib, həkimlik oxuyur, Rublyovkada lüks həyat sürür.
İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Sabiq prezident siyasətdən uzaqlaşıb, sərvətini Moskvaya daşıyıb.
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd həyatını Rusiyada davam etdirmək qərarına gəlib.
Məlumata görə, sabiq lider Moskvada oftalmologiya və rus dilini öyrənir, eyni zamanda “sakit və dəbdəbəli həyat” sürür.
Bildirilir ki, Əsədin maliyyə problemi yoxdur, çünki o, sərvətinin bir hissəsini əvvəlcədən Rusiyaya köçürüb.
Onun ailəsi hazırda Moskvanın elit Rublyovka ərazisindəki qapalı kompleksdə məskunlaşıb.
Sabiq prezident siyasətdən tamamilə uzaqlaşıb və ictimaiyyət arasında demək olar ki, görünmür.
Xuraman Etibarlı
İnterpress.az