AZ

Azərbaycana birbaşa xarici investisiyalarda neft qaz sektorunun payı azalıb

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların məbləği 4 736,1 milyard ABŞ dolları təşkil edib.

"Cebheinfo.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.

9 ayda investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 78,5 % olub ki, bu da 1 il əvvələ nisbətən 0,8 faiz bəndi azdır.

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 9 % artaraq 1 milyard 019,4 milyon dollar olub ki, bunun da bir hissəsi (304,9 milyon dollar) ölkə iqtisadiyyatına gəlirlərin təkrar investisiyası ilə bağlı olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
2
cebheinfo.az

3Mənbələr