AZ

AzMİU-nun 50 illik yubileyi münasibətilə əməkdaşlara birdəfəlik mükafat verilib

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)yaradılmasının 50 illik yubileyi münasibətilə universitetinəməkdaşlarına bir aylıq əməkhaqqı həcmində birdəfəlik mükafatödənilib. Bununla bağlı AzMİU-nun rektoru, memarlıq doktoru,professor Gülçöhrə Məmmədova tərəfindən müvafiq əmr imzalanıb.

Qərarın qəbulunda məqsəd universitet əməkdaşlarının sosialrifahının yaxşılaşdırılması, əməyin stimullaşdırılması vəkollektivdə səmərəli iş mühitinin daha da gücləndirilməsidir.

Qeyd edək ki, son illər AzMİU-da tədrisin keyfiyyətininyüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi,maddi-texniki bazanın möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığıninkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyatakeçirilir. Bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin rəhbərliyi ilə icra olunan insan kapitalınıninkişafına yönəlmiş dövlət siyasətinə uyğun şəkildəreallaşdırılır.

AzMİU-nun yubileyi münasibətilə həyata keçirilən bu təşəbbüsuniversitet kollektivinin fəaliyyətinə verilən yüksək qiymətingöstəricisi kimi dəyərləndirilir.

Məqalədə:
Seçilən
39
6
az.trend.az

7Mənbələr