ain.az, Fanat portalına istinadən məlumat verir.
"Bornmut"un cinah hücumçusu Antuan Semenyo karyerasını İngiltərə nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Indykaila News" yayıb.
Məlumata görə, onun xidmətində "Liverpul" maraqlıdır. Mənbə misirli ulduz Məhəmməd Salaha inamı itən "qırmızılar"ın hər iki cinahda oynaya bilən qanalının klubuna rəsmi təklif göndərdiklərini vurğulayıb.
25 yaşlı Antuan 2023-cü ilin yanvarından indiki komandasındadır. O, cari mövsüm bütün turnirlərdə 15 matça çıxaraq 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Semenyonun transfer qiymətini 65 milyon avro ilə qiymətləndirir.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.