AZ

Tiktoker Zeynəblə bağlı QƏRAR

Ali Məhkəmədə narkotiklərin satışında ittiham edilən “tiktoker” Zeynəb Ən-Nəiminin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 
Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. /pravda.az/
 
Seçilən
14
12
moderator.az

10Mənbələr