Türkiyədə yaşayan model Günay Musayeva övladı Cahangirin atası, aktyor Tolqa Kareldən şikayət edib.
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, "Biz bize" verilişinə qatılan model övladını xaricə apara bilmədiyini deyib. O bildirib ki, övladının səhhətində problem yaranıb, onu İngiltərədə həkimə aparmaq istəyib, amma Tolqaya görə alınmayıb. Buna səbəb isə Tolqanın uşağı ilə bağlı mesajlara reaksiya verməməsi, ölkədən çıxışı üçün lazım olan icazə kağızını imzalamamsıdır.
Günay proqramda Tolqaya səslənərək, övladının arzusunu gerçəkləşdirmək üçün bu addımı atmasını istəyib:
"Bu haqda danışmaq istəmirdim. Amma buna məcburam. Övladımın xəyalı üçün etməliyəm. Şengen və ya başqa viza, Cahangirin ölkədən çıxışı üçün atadan icazə kağızı almaq lazımdır. 5 ildir bunun üçün çalışırıq, amma gəlmir. Cahangir xəstələndi, onu İngiltərəyə aparmalı idim, həkim danışdım. Yenə atası ilə əlaqə saxladım, məsələni izah etdim, dedim, sağlamlığı üçün bunu et. Amma cavab vermədi. Cahangirin xəyalı Disneylandə getməkdir. Həmişə deyir məni də apar. Sonda oturub ona izah etdim ki, belə məsələ var, 18 yaşını gözləməliyik.
Cahangir atasına özü səsli mesaj atdı ki, mənim xəyalımdır, icazə kağızını imzala. Ona belə cavab vermədi. Buradan ona da səslənirəm. Ondan maddi və mənəvi heç bir istəyim olmadı. Cahangirlə bu mərhələləri keçdik. Uşağımın xəyalını gerçəkləşdirmək istəyirəm, sənəd versin. Dörd övladı var, beşincini unudub. Bizim üçün problem deyil. Buradan səslənirəm, Cahangiri oğlu kimi görməsin, adi bir uşağın xəyalını gerçəkləşdirdiyini düşünsün. Bunun üçün bir səfirliyə gedib və bir imza atacaq. 5 dəqiqə vaxtın gedəcək. Öz uşağın kimi etmə, başqa bir uşağa yardım kimi düşün".