Mərkəzi Bank "Total Finans" və "Stimul" kredit ittifaqlarına icrası məcburi göstəriş verib.
Moderator.az Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən kredit təşkilatları 2025-ci ilin III rübünə aid hesabatlarını təqdim etməyiblər:
"Mərkəzi Bank "Stimul" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 2025-ci ilin III rübünə hesabatların təqdim edilməməsi ilə bağlı icrası məcburi göstəriş verib. "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələbi təmin edilmədiyindən, "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndi rəhbər tutulmaqla, Mərkəzi Bank ittifaqdan hesabatların təxirəsalınmadan və gələcək dövrlərdə vaxtında təqdim olunmasını tələb edib".
Eyni qayda ilə "Total Finans Kredit İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinə də müvafiq göstəriş verilib.