“Azərbaycan Uşaqlar Birliyi”nin sığınacağına müğənni Samir Bağırovun qonaq gəlməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə etirazla qarşılanıb. S.Bağırovun sığınacağa gəlişinin videosuna “Samir gəncliyimin əfsanəsidir, bu günümüzün "Ölmədən öncə" yaradıcısıdır...” yazan “Azərbaycan Uşaqlar Birliyi”nin rəhbəri Kəmalə Ağzadə tənqid edilib. Bu, azyaşlı uşaqlar arasında cinsi azlıqların təbliğatı kimi qiymətlənidirilib.
Kəmalə Ağazadə Pravda.az-a açıqlamasında haqqında səsləndirilən fikirlərlə bağlı mövqe bildirib.
O deyib ki, cəmiyyətdə müxtəlif fikirlər ola bilər: “Azərbaycan estradasının ulduzunu qəbul etmişəm. Gözəl mahnılarını təqdim edib. Cəmiyyət kiminsə şəxsi həyatını müzakirə edirsə, biz təşkilat olaraq müzakirə deyil, düzgün, doğru musiqi ruhunu uşaqlara aşılayırıq. Bu, cəmiyyət də deyil. Cəmiyyətin içində diskriminasiyaya, stiqmaya meyilli olan insanlardır. Bizim bu məsələlərə heç bir aidiyyatımız yoxdur. Nəyinsə təbliğatını aparmırıq. Azərbaycan musiqisinin təbliğatını aparırıq. Bayağı mahnı ifa edənləri deyil, estrada musiqisini, düzgün musiqini təbliğ edirik!”
Aytəkin Qardaşova