AZ

Direktor müavini: Bu gün hər birimizi narahat edən dini xurafatın mövcudluğudur

"Bu gün hər birimizi narahat edən dini xurafatın mövcudluğudur".

Far.Az xəbər verir ki, bunu "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri" adlı paneldə çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

O bildirib ki, bu gün dini xurafatın varlığı təhsilə, ailə münasibətlərinə, dövlət təhlükəsizliyinə və cəmiyyətə təsir edir:

"Bu nöqteyi-nəzərdən yanaşaraq din şünaslığı sosial elm kimi qəbul etmək lazımdır. Ona şəriət nəzərindən baxmağa ehtiyac yoxdur. Din şünaslığa sosiaoloji elm kimi yanaşsaq, yaxşı olar".

Seçilən
31
1
far.az

2Mənbələr