
Noyabrın 3-ü Biləsuvar rayonunda qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirildiyi məlum olub.
Hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın beyindaxili təzyiqdən öldüyü bildirilərək dəfn olunub. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A. Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıb. Onlar aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qafqazinfo