Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Putinlə Ərdoğan arasında danışıqlar isə yenidən davam etdirilib. Deməli, danışılacaq çox şey var. Danışıqlardan sonra heç bir açıqlama verilməyib. Çünki bunlar çox, çox həssas məsələlərdir. Görünür, səbəb sülh planı və ya ticarət deyil, Türkiyənin dəniz ticarətindəki böhrandır. Ukrayna Türkiyə sularında Rusiya nefti və qida məhsulları daşıyan gəmilərə, hətta Türkiyə gəmilərinə də aktiv pirat hücumları həyata keçirib. Rusiya isə Odessada Türkiyəyə məxsus olduğu ortaya çıxan bir gəmiyə zərbə ilə cavab verib. Bütün bunlar çox təhlükəli bir inkişafdır. Türkiyə rəhbərliyi dəniz nəqliyyatı vəziyyətini Putinlə dialoq vasitəsilə böhrandan çıxarmağa çalışır”, - o bildirib.