AZ

Bu ölkə 600 sığınacaq inşa edir Rusiya ilə sərhəddə

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya ilə sərhədi boyunca 600 bunkerlik müdafiə xətti tikmək planını aktivləşdirən Estoniya, artıq 28 bunkerin tikintisini başa çatdırmağa yaxın olduğunu açıqlayıb.

Qeyd olunur ki, bu strukturlar Estoniyanın cənub-şərqindəki Setomaa bölgəsində yerləşir.

Bildirilib ki, layihənin ilkin olaraq xərclərin qeyri-dəqiq hesablanması səbəbindən bir il gecikdirilib. Təhlükəsizlik səbəbi ilə sığınacaqların dəqiq yerlərinin tenderlərdə paylaşılmaması təkliflərin büdcəni aşmasına səbəb olub. Buna görə də, layihə 28 sığınacaqla pilot müraciətə çevrilib və qalan 572 sığınacaq üçün tenderin ilin sonuna qədər açılması planlaşdırılır.

Təxminən 35 kvadrat metrlik sığınacaqlar ağır artilleriya atəşinə davam gətirmək üçün nəzərdə tutulub. Estoniya layihə üçün 60 milyon avro büdcə ayırıb və bildirilib ki, bu məbləğin təxminən yarısı indiyə qədər xərclənib. 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
azpolitika.info

1Mənbələr