AZ

“Ayrı düşdük” Dadaşovadan kədərli duet!

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Xalq artisti Brilliant Dadaşova bu dəfə Avroviziya ulduzu Aisel ilə eyni layihədə yer alıb.

Gununsesi.info xəbər verir ki, sənətçilər “Ayrı düşdük” adlı mahnını duet şəklində təqdim ediblər.

Musiqisi Aiselə, sözləri isə Nəriman Abbaszadəyə aid olan bəstə üçün klip də çəkilib. Ekran işi Royal Djafarovun rejissorluğu ilə ərsəyə gəlib.

Mahnının aranjimanı keçmiş “Karvan” qrupunun musiqi rəhbəri, bəstəkar Firuz İsmayılova, mix-masterinqi Oleq Naumova həvalə olunub. Klip üçün Brilliant Dadaşovanı Elnur Həsənov, Aiseli isə Kamran Həsənli hazırlayıb.

“Ayrı düşdük” yarımçıq qalan sevginin ağrısını və ayrılıqdan sonra qalan sükutu ifadə edir.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
2
icma.az

4Mənbələr