AZ

Qulaqlıqdan istifadə edən piyadalara MÜRACİƏT

Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.

Day.Az xəbər vertir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciətində deyilir.

Bildirilir ki, qulaqlıqdan istifadə zamanı:

• Nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir.

• Yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir.

• Reaksiya vermək üçün zəruri vaxt itirilir.

Xüsusilə qeyd edirik ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər.

 

Tövsiyə olunur:

• Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarın.

• Ətraf mühitə tam diqqət yetirin.

• Yol hərəkəti qaydalarına ciddi əməl edin.

Unutmayın:

Yolda təhlükəsizlik - hər kəsin məsuliyyətidir!

Seçilən
8
13
day.az

10Mənbələr