Bakı.Trend:
Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu yenidəntəsdiqlədi.
"Azercell Telekom" MMC müştəri xidmətləri sahəsində beynəlxalqstandartlar üzrə aparılan sertifikasiya auditindən uğurla keçərəkISO 10004:2018 sertifikatını yeniləyib. Bu sertifikat müştəriməmnuniyyətinin ölçülməsi və keyfiyyətin idarə olunması üzrəbeynəlxalq tələblərə uyğun fəaliyyət göstərən şirkətlərə təqdimedilir.
Dəyərləndirmə zamanı Azercell-in müştəri məmnuniyyətini daimdiqqət mərkəzində saxladığı, müştəriyönümlü yanaşması və xidmətkeyfiyyətinə sadiqliyi bir daha təsdiqlənib. Sertifikatlaşdırmaprosesi “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyatakeçirilib.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə millistandart qurumlarını birləşdirən federasiyadır. Təşkilatidarəçilik, texnologiya, biznes sahələrində xidmət və təcrübələrinkeyfiyyətini dəyərləndirən minlərlə standartı təsdiq edir.
Qeyd edək ki, Azercell ISO 10004:2018 standartı üzrə ilksertifikatını 2021-ci ildə qazanıb. Şirkət ardıcıl olaraq dördüncüdəfə ISO 10004 sertifikatına layiq görülür.