AZ

Fransanın dəstəklədiyi "MAK" separatçıları Əlcəzairi parçalamaq istəyir

Yazını böyüt
Yazını kiçilt

Fransada fəaliyyət göstərən "MAK" separatçı hərəkatının Əlcəzair ərazisində "müstəqil Kabiliya dövləti" elan etmək planına qarşı diqqətəlayiq sosial səfərbərlik başlanılıb.

Hafta.az-ın yazdığına görə, Əlcəzair hökuməti bu təşəbbüsü ölkənin ərazi bütövlüyünü hədəf almaqda ittihamlayır, bölgədə müxtəlif etirazlar və maarifləndirmə tədbirləri həyata keçirilib.

Paytaxt Əlcəzairdən təxminən 250 kilometr şərqdə yerləşən və Kabiliyanın ən böyük şəhərlərindən olan Bejayada vətəndaşlar və yerli fəallar milli birliyə zərər verə biləcək hər hansı layihəyə qarşı olduqlarını nümayiş etdirən çoxsaylı təşəbbüslər irəli sürüblər. Şəhərdəki bir çox ev və müəssisədə Əlcəzair bayraqları asılıb. Bejaya Gənclər və İdman İdarəsi tərəfindən "Əlcəzair vahiddir və bölünməzdir" şüarı altında təşkil edilən milli bayraqlarla bəzədilmiş nəqliyyat vasitələri karvanı şəhər mərkəzindən müxtəlif küçə və kəndlərdən keçib.

Digər tərəfdən, Bejaya Universitetinin tələbələri separatçı MAK hərəkatının layihəsini rədd edən və "Əlcəzairin birliyi və suverenliyinə" sadiq olduqlarını vurğulayan bir bəyanat yayıblar.

Seçilən
77
hafta.az

1Mənbələr