AZ

ADSEA sədrinin vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agnetliyinin sədri Zaur Mikayılov tərəfindən dekabr ayında həyata keçiriləcək vətəndaş qəbulunun tarixi dəyişdirilib.
 
Moderator.az bu barədə ADSEA-ya istinadən xəbər verir.
 
Məlumata görə, Zaur Mikayılovun dekabrın 19-da Masallı rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dekabrın 25-nə keçirilib.
 
Qeyd edək ki, vətəndaş görüşü Masallı rayonunda Masallı və Yardımlı rayonlarının sakinləri üçün nəzərdə tutulub.
 
Seçilən
18
8
moderator.az

9Mənbələr