AZ

Xidmətlər balansının kəsiri azalıb

BAKI, 15 dekabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında xidmətlər balansında kəsir formalaşmasa bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, kəsiri formalaşdıran əsas amillər neft-qaz sektoru ilə əlaqədardır:

"Belə ki, neft-qaz sektorunda göstərilən tikinti və digər işgüzar xidmətlər xidmətlər balansının kəsirini şərtləndirən əsas amillərdir. Lakin artıq bir müddətdir ki, tədiyə balansında xidmətlər balansı bölməsində nəqliyyat və turizm xidmətləri profisitli olub. Belə ki, bu ilin ilk 9 ayında nəqliyyat xidmətlərinin profisiti xalis olaraq 1,3 milyard dollara çatıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 50% artım deməkdir. Nəqliyyat xidmətlərinin profisiti dedikdə neft-qaz ixracı ilə bağlı gəlirlər nəzərdə tutulur. Həmçinin burada sərnişindaşıma və yükdaşıma xərcləri də qeyd olunmalıdır".

Seçilən
64
teleqraf.com

1Mənbələr