AZ

“Ermənistan xarici müdaxilənin qarşısını almaq üçün Aİ-dən kömək istəyib" - Kaya Kallas

“Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bugünkü görüşdə digər məsələlərlə yanaşı Ermənistanla bağlı da müzakiə aparacaqlar”.

Missiya.Az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

"Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu gün biz bu məsələdə Ermənistana necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xarici müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, bundan öncə Kallas Rusiyanın 2026-cı il parlament seçkiləri öncəsi dezinformasiya kampaniyasını gücləndirdiyini bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
101
missiya.az

1Mənbələr