Bu gün Azərbaycanın aparıcı biznes maliyyə saytlarından olan FED.AZ biznes maliyyə portalının 8 yaşı tamam olur.
Ölkə.Az xəbər verir ki, müstəqil maliyyə xəbər portalı 2017-ci ilin dekabr ayının 15-də təsis edilərək oxucuları ölkədə baş verən mühüm iqtisadi, biznes və maliyyə sahəsinə aid xəbərlərlə (az-rus) gündəlik olaraq məlumatlandırır.
Gündəlik xəbərlərlə yanaşı, redaksiya tərəfindən maliyyə bazarı iştirakçılarının (bank, sığorta və s.) əsas maliyyə göstəriciləri üzrə dövrü renkinqləri, maliyyə, əmlak bazarı və qiymətli kağızlar üzrə aylıq təhlillər, gündəlik birja və tender xəbərləri, supermarket bazarı üzrə araşdırmalar həmçinin canlı yayımlar təqdim olunur.
Ölkə.Az adından həmkarlarımızı təbrik edirik!