BAKI, 15 dekabr. TELEQRAF
Yanvar-sentyabr aylarında xarici qiymətli kağızlarla bağlı əməliyyatlar hesabına formalaşan portfel investisiyalarında təxminən 1,4 milyard dollarlıq kəsir formalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.
"Digər investisiyalar hesabının kəsiri isə bu dövrdə təxminən xalis olaraq 1,9 milyard dollar təşkil edib.
O bildirib ki, sözügedən kəsirin formalaşmasında əsas pay aktivlərin artımı ilə bağlı olub.